Prezident: "Bütün dünyaya göstərəcəyik ki, biz hansı bəlanın dərsini verdik"

"Bütün dünya, Ermənistanın havadarları bunları görməlidir. Görmək istəməsələr də, görməlidirlər və görəcəklər. Biz göstərəcəyik. Bütün dünyaya göstərəcəyik ki, biz hansı bəlanın dərsini verdik".

Metbuat.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciətində deyib:

"Ermənistanda tüğyan edən azərbaycanafobiya, islamafobiya psixi xəstəlik dərəcəsinə çatıb. Azərbaycana qarşı olan nifrət orada rəsmi ideologiya kimi bərqərar edilib. Əks təqdirdə, bu qədər vəhşilik törədilməzdi. Axı, azad edilmiş torpaqlara gələn hər kəs dəhşətə gəlir. Bunun törədən insan deyil, mən hətta deyə bilərəm ki, heyvan da deyil. Bunu törədən azqınlaşmış, quduzlaşmış, azərbaycanafob kütlədir, qəbilədir. Buna başqa ad vermək olmaz. Bütün dünya, Ermənistanın havadarları bunları görməlidir. Görmək istəməsələr də, görməlidirlər və görəcəklər. Biz göstərəcəyik. Bütün dünyaya göstərəcəyik ki, biz hansı bəlanın dərsini verdik. Biz hansı bəladan bölgəni xilas etdik"


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR