"WhatsApp" 1 noyabrdan etibarən bu telefonlarda işləməyəcək -

"WhatsApp" bəzi Android ve iOS cihazlarını dəstəkləməyəcək.

Metbuat.az xəbər verir ki, 1 noyabrdan etibarən sözügedən tətbiq Android 4.0.4 və daha köhnə cihazlar üçün uyğun olmayacaq. Bu siyahıya Eyni zamanda Samsung Galaxy SII, Galaxy S3 mini, Optimus L5 Dual, Optimus L4 II Dual, Optimus F7, Optimus F5 və daha bir sıra Android cihazları da daxildir.

Qeyd edək ki, İOS 10-dan daha köhnə əməliyyat sistemlərində işləyən hər hansı bir iPhone modelində tətbiq 1 noyabrdan etibarən işləməyəcək - İPhone 6S, iPhone 6S Plus, Apple iPhone SE kimi cihazlar da bunlar arasındadır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR