SON DƏQİQƏ: İranda güclü zəlzələ baş verdi -

İranın cənub-qərbindəki Buşehr vilayətində rixter cədvəli üzrə 5,2 bal gücündə zəlzələ baş verib.

Metbuat.az Anadolu agentliyinə istinadən xəbər verir ki, zəlzələnin episentri Gunave rayonunda, yerin 10 kilometr dərinliyində yerləşib. Zəlzələ nəticəsində tikililərdə fəsadlar əmələ gəlib. 4 yaralının olduğu bildirilir. Fəsadların artacağı istisna edilmir. Bölgəyə xilasedicilər cəlb edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR