Xəbər verdiyimiz kimi, “Facebook”, “Instagram” və “WhatsApp” sosial media hesablarına girişdə problem yaşanır.

Məsələ ilə bağlı sosial şəbəkələr ortaq açıqlama yayıb.

Metbuat.az xəbər verir ki, açıqlamada deyilir:

“İstifadəçilərimizin tətbiqlərimizə daxil olmaqda problem yaşadıqlarının fərqindəyik. Problemi ən qısa zamanda həll etmək üçün çalışırıq və yaranmış narahatlığa görə üzr istəyirik”.