Türkiyə ordusu aşağı hündürlüyə malik radarlarla təmin olunur

Türkiyə ordusuna 2022-ci ildə aşağı əməliyyat hündürlüyünə malik radarlar təhvil veriləcək.

Metbuat.az xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə Sənayesi Komitəsinin sədri İsmayıl Dəmir məlumat verib.

EIRS radar ailəsinin yeni məhsulu olan radar sistemi ASELSAN şirkəti tərəfindən istehsal edilib. Radarların istehsalı üçün müqavilə 2019-cu ildə imzalanıb. Sistem Erkən Xəbərdarlıq Radarlarının əhatə edə bilmədiyi aşağı hündürlükdə və orta/uzun mənzilli sahələri əhatə etməyi hədəfləyir.

ABŞ Hərbi Hava Qüvvələri Komandanlığının ehtiyaclarına əsaslanaraq ASELSAN tərəfindən hazırlanacaq radarlar döyüş təyyarələrinə, helikopterlərə, PUA-lara, gizli təyyarələrə və radiasiya əleyhinə raketlərə qarşı təsirli olacaq. / Ordu.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR