Hadrutun işğaldan azad olunmasından 1 il ötür

Bu gün Xocavənd rayonunun Hadrut qəsəbəsinin işğaldan azad olunduğu gündür.

Metbuat.az-ın məlumatına görə, 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatları nəticəsində digər düşmən tapdağında qalan torpaqlarımız kimi, Hadrut qəsəbəsi da oktyabrın 9-da düşmən tapdağından azad edilib.

Qələbə xəbərini Azərbaycan xalqına Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyev çatdırıb.


Qeyd edək ki, oktyabrın 9-da Hadrut qəsəbəsi ilə yanaşı, Çaylı, Yuxarı Güzlək, Gorazıllı, Qışlaq, Qaracallı, Əfəndilər, Süleymanlı və Sur kəndləri də düşmən işğalından azad olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR