Mariya Stadnikin medalı oğurlandı -

Azərbaycan güləşçisi Mariya Stadnikin medalı Ukraynada oğurlanıb.

Metbuat.az xəbər verir ki, bu barədə o, özünün İnstaqram hesabında paylaşım edib.

Ukrayna əsilli idmançı Pekin-2008 Yay Olimpiya Oyunlarında qazandığı bürünc medalın oğurlandığını bildirib.

Qeyd edək ki, Mariya Azərbaycan idmanı tarixində ən çox (4) Olimpiya medalı qazanan şəxsdir. Stadnik Pekin-2018-də bürünc, London-2012 və Rio-2016-da gümüş, Tokio-2020-də isə bürünc medal əldə edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR