Qadınlar arasında 10 min metr məsafəyə qaçış üzrə dünya rekorduna sahib keniyalı atlet Aqnes Tirop evində ölü tapılıb.

Metbuat.az xarici KİV-nə istinadən xəbər verir ki, idmançının həyat yoldaşı tərəfindən bıçaqlandığı bildirilib.

Qeyd edək ki, Tirop 2017-ci ildə qadınlar arasında dünya üçüncüsü olub. 25 yaşlı atlet dünya rekordunu Almaniyada keçirilən “Rekordlara Gedən Yol” adlı yarış zamanı müəyyənləşdirib.

Agnes Jebet Tirop death: World record holder Kenyan runner Agnes husband be suspect - BBC News Pidgin