Çavuşoğlu və "Taliban" arasında VACİB GÖRÜŞ: Zaldakı mənzərə diqqət çəkdi -

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu və “Taliban” hökumətinin Xarici İşlər naziri vəzifəsini icra edən Emirhan Muttaki arasındakı görüş zamanı yaşanan məqam diqqətdən qaçmayıb.

Metbuat.az xəbər verir ki, toplantının keçirildiyi zalda sadəcə Türkiyə bayrağının asılması diqqət çəkib. “Taliban”ı təmsil edən heç bir atributun zalda olmaması müxtəlif müzakirələrə yol açıb. Bəzi ekspertlər hesab edir ki, bu Türkiyənin “Taliban” mesajıdır - sizi hələlik Əfqanıstanın hakimiyyəti kimi tanımırıq.

Analitiklər hesab edir ki, bununla həm də Türkiyəyə özünə qarşı yönələ biləcək bəzi ittihamların qarşısını alıb. Çavuşoğlu bildirib ki, görüş zamanı Əfqanıstandakı humanitar vəziyyət müzakirə olunub. Çavuşoğlunun sözlərinə görə, Əfqanıstanın iqtisadiyyatının ciddi böhranla üzləşməməsi üçün addımların atılması vacibdir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR