Avtomobilində yazı və şəkil olan sürücülərin NƏZƏRİNƏ:

Son vaxtlar bəzi sürücülər nəqliyyat vasitələrinin arxa şüşələrinə müxtəlif məzmunlu şüarlar yazır, fotolar yapışdırırlar.

Metbuat.az “oxu.az”a istinadən xəbər verir ki, belə yazılar, fotolar digər sürücülərin diqqətini cəlb edir, idarəetmədən yayındırır ki, bu da qəzalara səbəb olur.

Məsələ barədə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi ilə əlaqə saxladıq.

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə şöbəsinin rəisi, polkovnik-leytenant Namidan Piriyev bildirib ki, avtomobil yollarında bəzi sürücülərin hansısa məqsədlə nəqliyyat vasitələrinin arxa şüşələrinə müxtəlif məzmunlu şüarlar yazmaları, yaxud fotolar yapışdırmaları ilə bağlı artıq tədbirlər görülür:

“Yol-patrul xidməti əməkdaşları tərəfindən bu cür nəqliyyat vasitələri dayandırılır və həmin yazıların, fotoların çıxarılması təmin edilir”.

N.Piriyev məsələ ilə bağlı sürücülərə müraciət edib:

“Nəqliyyat vasitələrində əgər bu cür yazılar, fotolar varsa, onların çıxarılmasını xahiş edirik. Əks halda belə nəqliyyat vasitələri dayandırılacaq və müvafiq tədbirlər görüləcək. Bu da həm müəyyən vaxt itkisinə, həm də narahatlığınıza səbəb olacaq”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR