Türk lirəsini ucuzlaşdırıb, rus rublunu bahalaşdıran SƏBƏBLƏR: Manatı nə gözləyir?

“Azərbaycanın ən böyük ticarət tərəfdaşlarından olan Türkiyə və Rusiyada milli valyutalarla bağlı maraqlı proseslər gedir. Hər ölkədə proseslərin öz səbəbləri var”.

Metbuat.az xəbər verir ki, bu barədə iqtisadçı ekspert Natiq Cəfərli fikir səsləndirib. O bildirib ki, Türkiyədə lirənin minunun səviyyəyə düşməsinin bir neçə səbəbi var:

1) Türkiyənin xarici ticarətdə mənfi saldosu;

2) Turizmdən gələn gəlirlərin kəskin azalması;

3) Türkiyədə Mərkəzi Bankın müstəqilliyinin əlindən alınması;

Natiq Cəfərli seçkidə atasının etdiklərinə görə ondan küsüb - VİDEO

Natiq Cəfərli əlavə edib ki, Rusiyada rublun ciddi dəyər qazanmasını görürük: “Bu gün bir dollar 69 rubla qədər ucuzlaşdı, bunun da 2 əsas səbəbi var:

1) Dünyada enerji daşıyıcılarının qiymətinin kəskin artması, neftin, qazın bahalaşması;

2) Rusiya Mərkəzi Bankının ard-ardına faiz artımına getməsi, uçot dərəcəsini artırması;

Məntiqlə Azərbaycana Türkiyədən gətirilən mal-məhsullar ucuzlaşmalı, Rusiyadan gətirilənlər isə bahalaşmalıdır. Lakin Türkiyədən gələn məhsullar ucuzlaşmayacaq, amma Rusiyadan gələn mal-məhsulların ciddi bahalaşmasını görəcəyik”.

Ekspert həmçinin manatın təzyiqlərdən qorunacağını da ehtimal edir:

“Manatın məzənnəsini Mərkəzi Bank təyin etdiyinə görə, ucuzlaşacağı gözlənilmir, çünki neft bahadır. Buna baxmayaraq, manatın alıcılıq qabiliyyəti kəskin aşağı düşür. Manatın alıcılıq qabiliyyətinin aşağı düşməsi insanların real gəlirlərinin kəskin azalmasına səbəb olur”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR