Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın Zəngilan səfəri zamanı radioda dinlədikləri musiqi "iTunes"də Azərbaycan seqmentində birinci pilləyə yüksəlib.
Metbuat.az xəbər verir ki, İlhamə Qasımovanın ifa etdiyi "Ey vətən" mahnısı ən çox dinlənilənlər siyahısına daxil olaraq, bir çox dünya ulduzlarını da geridə qoyub.
Xatırladaq ki, mahnının musiqisi Elza İbrahimova, sözləri isə Aslan Abdullayevə məxsusdur.