Azərbaycan cüdoçusu Rəşid Məmmədəliyev Bakıda keçirilən dünya çempionatında medalçılar sırasında yer alıb.
Metbuat.az xəbər verir ki, idmançımız bürünc medal uğrunda görüşdə Braziliya təmsilçisi Daniel Karnini məğlub edərək fəxri kürsüyə yüksəlib.
Milli Gimnastika Arenasında keçirilən dünya çempionatı oktyabrın 11-dək davam edəcək.
Qeyd edək ki, yarışın ilk günündə Azərbaycan millisinin digər üzvü Əhməd Yusifov (60 kq) dünya çempionu olub. Onun qazandığı qızıl medal Azərbaycanın böyüklər arasında dünya çempionatları tarixində dördüncü, 60 kq çəki dərəcəsində isə ilk dünya çempionluğu kimi tarixə düşüb.