Xamenei çağırış etdi: İsraillə əlaqəni dayandırıb səhvlərinizi düzəldin

“Ərəb dövlətləri İsraillə əlaqələri bərpa etməkdən imtina etməlidir.

Metbuat.az xəbər verir ki, İranın Ali dini lideri Ayətullah Əli Xamenei belə çağırış edib. O bildirib ki, bəzi ölkələr İsraillə əlaqələri bərpa edərək, səhvə yol veriblər. Ali dini lider həmin dövlətləri İsraillə əlaqələri dayandırmağa çağırıb. Xameneinin sözlərinə görə, ərəb dövlətləri səhvlərini düzəltməlidirlər.

Ərəb dövlətlərinin bu addımın islam birliyinə qarşı olduğunu ifadə edən Xamenei, islam ölkələrini birliyə çağırıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR