Türkiyə ordusu hücuma hazırlaşır: Rusiya qırıcılar göndərdi -

Rusiya qırıcıları ilk dəfə Suriyanın şimalındakı Türkiyə ilə sərhədə yaxın ərazilərə yerləşdirilib.

Metbuat.az xəbər verir ki, Türkiyə mətbuatı belə iddia yayıb. Sosial mediada paylaşılan görüntülərdə Kamışlı bölgəsinə Su-35S təyyarəsinin eniş etdiyi yer alıb. Rusiyanın RT xəbər agentliyində də belə məlumatlar yayılıb.

Qeyd edək ki, bir neçə gün əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyanın şimalında PKK terrorçularına qarşı hərbi əməliyyatların başlaya biləcəyini bəyan etmişdi. Bu bəyanatdan bir neçə gün sonra Türkiyə ordusunun bölgəyə əlavə hərbi qüvvələr göndərdiyinə dair xəbərlər yayıldı.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR