Bu ilin ən yaxşı ixracatçıları

2021-ci ilin yanvar-sentyabr ayları üzrə həyata keçirilən ixracla bağlı həm qeyri-dövlət, həm də dövlətə məxsus ixracatçı subyektlərin reytinqi tərtib edilib.

Metbuat.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"nın oktyabr sayında dərc olunub.

Belə ki, 2021-ci ilin yanvar-sentyabr ayları üzrə hazırlanan qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda aşağıdakı şirkətlər təmsil olunurlar:

  1. “MKT İstehsalat Kommersiya” MMC
  2. “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi
  3. “Local Garden” Məhdud Məsuliyyətli Cəmiyyəti
  4. “Baku Steel Company” MMC
  5. “Sun Food” MMC, “P-Aqro” MMC
  6. “Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC
  7. “RAM Beynəlxalq Nəqliyyat və Ticarət LTD” MMC
  8. Hidayətov Təyyar Hidayət oğlu, “Bulder 007 LTD” MMC.

Dövlətə məxsus olan şirkətlərin siyahısına gəlincə, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi” başçılıq edir. Daha sonra bu siyahıda “Socar Polymer” MMC, “Azergold” QSC, “Azəralüminium” MMC, “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC, “Azərenerji” ATSC, “Azərbaycan Hava Yolları” QSC, “Azəripək” MMC, “Azərbaycan Dəmir Yolları” QSC, “Naxçıvan MR Dövlət Energetika Xidməti” şirkətləri təmsil olunur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR