Avropa ölkələrində inflyasiya 4,1 faizə çatıb.

Metbuat.az xəbər verir ki, bu son 13 ilin ən yüksək səviyyəsidir.Ötən ay inflyasiya 3,4 faiz dərəcəsində idi.Məlumata görə, ən yüksək inflyasiya enerji sahəsində qeydə alınıb - 23,5 faiz. Bildirilir ki, ən çox inflyasiya Litvada qeydə alınıb - 8,2 faiz. 7,4 faiz göstərici ilə Estoniya ikinci, 5,4 faiz göstərici ilə Belçika isə 3-cü sıradadır.