Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda yeni nəsil nəzarət-kassa aparatları (NKA) vasitəsilə qeydə alınan dövriyyə 23 milyard 328,9 milyon manat olub.
Metbuat.az xəbər verir ki, bu barədə Dövlət Vergi Xidməti məlumat yayıb.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 15,1 % çoxdur.
Bu il sentyabrın 1-nə qədər ölkədə 116 908 ədəd NKA quraşdırılıb.
"Yeni nəsil NKA-lardan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb", - məlumatda qeyd olunub.