Ağ Evdən liderlərin görüşündən sonra

Ağ Ev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ lideri Co Baydenin görüşünü dəyərləndirib.

Metbuat.az xəbər verir ki, açıqlamada Baydenin Türkiyə ilə konstruktiv danışıqların davam etdirilməsi, əməkdaşlıq sahələrinin genişləndirilməsi və anlaşılmazlıqların təsirli bir şəkildə idarə olunması arzusunu dilə gətirdiyi bildirilib.

Qeyd olunub ki, Bayden Türkiyənin Əfqanıstandakı NATO missiyasına təxminən 20 il dəstək göstərməsini təqdir etdiyini deyib.

Liderlərin görüşündə Suriyadakı siyasi proses, Əfqanıstanda ehtiyacı olanlara humanitar yardımın çatdırılması, Liviyadakı seçkilər, Şərqi Aralıq dənizindəki vəziyyət və Qafqazın cənubundakı diplomatik səylərin gündəmə gəldiyi qeyd edilib.

Baydenin iki ölkə arasında müdafiə əməkdaşlığı və Türkiyənin NATO üzvü olaraq önəmini qeyd etdiyi bildirilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR