Aparıcı Şəhriyar Əbilov Roza Zərgərlinin aparıcısı olduğu "Tam vaxtıdır" verlişində hər kəsi təəccübləndirən açıqlama verib.

Metbuat.az xəbər verir ki, aparıcı onunla verilişdə qonaq olan rəqqasə Oksana Rəsulovanın 3 yaşlı oğlunun atası olduğunu qeyd edib:

"Oksana ilə dostluğumuz 15 ilə söykənir. Birgə çəkildiyimiz serialdan sonra dostluq sevgiyə döndü. Biz evləndik, xoşbəxtik. 3 yaşında oğlumuz var. Oğlumla nəfəs alıram".

Açıqlama verilişdə şok effekti yaradıb, aparıcı Roza Zərgərli göz yaşlarına hakim ola bilməyib.