Rusiya Ukrayna sərhədi boyunca 90 minlik hərbi qüvvə cəmləşdirib.

Metbuat.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilir ki, kəşfiyyat məlumatlarına əsasən 90 minlik ordu Ukrayna ilə sərhədə, işğal olunmuş ərazilərə və Qara dənizə yerləşdirilib.

Qeyd edək ki, son vaxtlar Ukrayna - Rusiya sərhədində vəziyyət yenidən gərginləşib. Ukrayna ordusu Türkiyədən aldığı PUA ilə rus texnikasını bombalayıb. 1 kənd ələ keçirilib. Rusiyanın bölgəyə əlavə hərbi qüvvə göndərdiyinə dair iddialar yer alıb.