Rusiyadan S-550 həmləsi: Putin təlimat verdi

“Rusiya S-550 hava hücumundan müdafiə sistemlərini yenidən ərsəyə gətirməyə başlayıb”.

Metbuat.az xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə naziri Sergey Şoyqu açıqlama verib. Prezident Vladimir Putin ilə baş tutan görüşün nəticələri barədə açıqlama verən Şoyqu bildirib ki, dövlət başçısı S-350, S-500 və S-550 müdafiə sistemlərinin ordunun arsenalına daxil edilməsinin vacibliyini vurğulayıb.

Qeyd edək ki, S-550 müdafiə sistemləri 1981-1988-ci illər arasında hazırlanırdı. Lakin SSRİ və ABŞ arasında əldə edilmiş razılaşmaya əsasən müdafiə sistemlərinin istehsalı dayandırılmışdı.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR