BMT Təhlükəsizlik Şurasındakı qərb ölkələrinin nümayəndələri beynəlxalq ictimaiyyəti Belarusu sərt şəkildə qınamağa çağırıb.

Metbuat.az xəbər verir ki, nümayəndələrin sözlərinə görə, Belarusa qarşı qəti mövqe tutmağın vaxtı gəlib. Nümayəndələr bəyan edib ki, Belarus mühacirlərdən siyasi alət kimi istifadə edərək, onların həyatını təhlükəyə atır.

İddia edilir ki, Belarus hökuməti Avropa Birliyinin sanksiyalarına cavab olaraq, qaçqınları köhnə qitəyə getməyə təşviq edir. Məqsəd Avropa cəzalandırmaq, qadağaların qisasını almaqdır.

Maraqlıdır ki, qərb nümayəndələr bu çıxışları zamanı Rusiyaya qarşı ittiham irəli sürməyiblər.