Ermənilərdən NÖVBƏTİ TƏXRİBAT: Postumuza qumbara atdılar -

13 Noyabr səhər saatlarından Xankəndi-Laçın avtomagistralı ermənilərin törətdiyi təxribat nəticəsində qapadılıb.

Metbuat.az xəbər verir ki, bu barədə Ermənistan mediasına xəbərlər yayılıb. Daşaltı kəndində erməni terrorçu Azərbaycan və Rusiya hərbçilərinin olduğu posta əl qumbarası ilə hücum edib. Hadisənin noyabrın 8-də diversiya cəhdi zamanı həlak olmuş Martik Eremyanın qardaşı tərəfindən törədildiyi barədə məlumatlar var.

Baş verənlərdən sonra Xankəndi-Laçın avtomagistralı bağlanıb. Hazırda əraziyə heç kim buraxılmır. Hadisənin təfərrüatları daha sonra açıqlanacaq.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR