Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini endirdi

Bu gün Türkiyə Mərkəzi Bankının (TMB) Pul siyasəti komitəsinin iclası keçirilib.

Metbuat.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, iclasda uçot dərəcəsinin 16%-dən 15%-ə endirilməsi qərara alınıb.

Xatırladaq ki, uçot dərəcəsi TMB-nin ötən il dekabrın 24-də keçirilmiş iclasında 15%-dən 17%-ə qaldırılmış, bu il fevralın 18-də keçirilən iclasında sabit saxlanılmış, martın 18-i keçirilmiş iclasında 17%-dən 19%-ə qaldırılmış, sentyabrın 23-də keçirilmiş iclasında 19%-dən 18%-ə, oktyabrın 21-də keçirilmiş iclasında isə 18%-dən 16%-ə endirilmişdi.

Qeyd edək ki, ötən gecə lirənin ABŞ dollarına qarşı məzənnəsi 5,7% azalaraq yeni antirekord səviyyəyə enib. Nəticədə, 1 dollar 10,98 lirəyə bərabər olub. Bu gün Bakı vaxtı ilə saat 08:08-də isə lirə dollara qarşı bir qədər möhkəmlənib və 10,85 lirə təşkil edib.

TMB-nin məlumatına görə, hazırda 1 dollar 10,4180 lirəyə bərabərdir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR