Kalınla Sallivan arasında Qarabağ MÜZAKİRƏSİ: Daimi olması üçün...

Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Kalın ABŞ Prezidentinin Milli Təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivanla telefonla danışıb.

Metbuat.az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

Qeyd edilib ki, görüş zamanı ikitərəfli siyasi-iqtisadi əlaqələr, müdafiə sahəsində əməkdaşlığın inkişafı, qlobal və regional məsələlər müzakirə edilib.

"Tərəflər həmçinin Əfqanıstandakı siyasi vəziyyət və humanitar yardım, Suriyanın ərazi bütövlüyü və terrorizmdən təmizlənməsi, Liviyada siyasi proseslər və seçkilər, Qarabağda sülh və sabitliyin daimi olması, Ukraynanın şərqində baş verən proseslərdən narahatlıq, Belarus və Polşa sərhədində gərginliyin həlli və Şərqi Aralıq dənizi kimi məsələləri ətraflı şəkildə qiymətləndiriblər", - məlumatda deyilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR