Avropa çempionatı:

Sloveniyanın Çatej şəhərindəki şahmat üzrə Avropa çempinonatında iştirak edən kişi və qadınlardan ibarət Azərbaycan millilərinin bugünkü qarşılaşmalar üçün heyətləri bəlli olub.

Metbuat.az xəbər verir ki, kişilərdən ibarət komanda Ukrayna yığması ilə, qadınlar isə Macarıstanla üz-üzə gələcək.

Qeyd edək ki, 7 turdan sonra 11 xalı olan kişilərdən ibarət yığma Ukrayna ilə birlikdə şərikli liderdir. Qadınlar isə 9 xalla Polşa, Niderland və Macarıstanla birgə 5 - 8-ci yerləri bölüşür.

Avropa çempionatı, VIII tur
20 noyabr

Kişilər

Azərbaycan - Ukrayna

Teymur Rəcəbov - Anton Korobov

Rauf Məmmədov - Andrey Volokitin

Qədir Hüseynov - Yuri Kuzubov

Nicat Abbasov - Kirill Şevçenko

Qadınlar

Macarıstan - Azərbaycan

Sidoniya Lazarne - Günay Məmmədzadə

Titsiya Qara - Gülnar Məmmədova

Joka Qaal - Xanım Balacayeva

Barbara Mihok-Yuhas - Gövhər Beydullayeva


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR