DİN də zəlzələ ilə bağlı açıqlama yaydı

Xəbər verdiyimiz kimi, bu gün yerli vaxtla saat 16:46-da Şamaxı ərazisində zəlzələ qeydə alınıb.

Daxili İşlər Nazirliyindən (DİN) Metbuat.az-a bildirilib ki, zəlzələnin qeydə alındığı və hiss edildiyi ərazilərdə xoşbəxtlikdən dağıntı, insan tələfatı və xəsarətlə nəticələnən hadisə qeydə alınmayıb.

Qeyd edək ki, bu gün yerli vaxtla saat 16:46-da Şamaxı rayonu ərazisində - Pirqulu seysmoloji stansiyasından 20 kilometr cənubda zəlzələ baş verib. Ocağı 42 kilometr dərinlikdə yerləşən zəlzələnin maqnitudası 5,1-ə bərabər olub. Yeraltı təkanlar episentrdə 5, ətraf rayonlarda 3-4 bala qədər hiss edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR