Toy karvanında qəza, ölən var -

Bu gün Göyçay-Ucar avtomobil yolunda toy karvanında qəza baş verib

Metbuat.az xəbər verir ki, hadisə yolun Göyçayın Xəlitli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumatlara görə, toy karvanının iştirakçısı olan 27 yaşlı Bəhruz Qarayev idarə etdiyi VAZ-2107 ilə hərəkətdə olarkən qarşı tərəfdən gələn yük avtomobilinin qarşısına çıxıb.

Hadisə nəticəsində B.Qarayev hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR