Atasının dəfn olunduğu məzarlığa getdi: Baş daşında öz adını və soyadını görüb ŞOK OLDU /

Metbuat.az isə dünyanın ən qəribə və gülməli ölümlərini təqdim edir.

1. Misirdə yaşayan kəndli toyuqlarından birinin Nil çayına düşdüyünü görür. O, özünü çaya atıb toyuğunu qurtarmağa çalışır. Bundan sonra toyuğun sahibi özü burulğana düşür. Atasına köməyə gələn oğul da onunla eyni taleyi bölüşərək çaydan çıxa bilmir. Onları xilas etmək üçün ailənin digər üzvləri də gəlir. Ancaq ailənin 6 üzvü Nilin sularında boğularaq ölürlər.
Qeyd edək ki, bütün ailə həyatını itirsə də, toyuq xilas olur.

2. 1995-ci ildə Amerikada bir kişi kola aparatından pulsuz içki almağa çalışır. Elə bu vaxt maşından atılan metal qablı kola adamın başına dəyir. O, elə yerindəcə həyatını itirir.

3. 1940-cı ildə yamaykalı jurnalist Markus Qarvi atasını dəfn olunduğu qəbirsitanlığa gəlir. O, burada məzarların birində öz adını, soyadını görür. Qarvi şok keçirir və elə oradaca ürək tutmasından vəfat edir.

4. Braziliyanın Karantinga qəsəbəsində həyətdə otlayan bir tonluq inək evin damına tullanır. Bu zaman inək evdə yatan 45 yaşlı Joa Mariya de Souzanın üzərinə düşür. Hadisədən dərhal sonra xəstəxanaya yerləşdirilən de Souzanın həyatını xilas etmək mümkün olmur.

5. Həyat yoldaşı ilə zarafat etmək istəyən Cek Fen yalandan özünü asmış kimi göstərir. Həyat yoldaşı evə gələndə onu bu halda görüb huşunu itirir. Elə həmin vaxt qapının yanından keçən qonşu cütlüyü yerə sərilmiş vəziyyətdə görür və onların hər ikisinin öldüyünü fikirləşir. Yaranmış vəziyyətdən istifadə edərək o, oğurluq üçün evə girir. Qadın evdə olan dəyərli əşyaları yığıb qapıdan çıxmaq istəyəndə Cek onun ayağından tutur. Oğru meyitin dirildiyini düşünür və elə yerindəcə qorxudan ürəyi partlayaraq ölür.

6. 1993-cü ildə Qari Qoy ofisdəki pəncərələrin qırılmaz şüşədən olduğunu sübut etmək istəyir. Bu vaxt bədəni ilə şüşəyə söykənərək onu vurmağa çalışır. Nəticədə çoxmərtəbəli binadan yıxılaraq ölür.

7. Xay Rahnajet adlı iraqlı terrorçu hədiyyə qutusunun içinə bomba qoyaraq, sui-qəsd təşkil etdiyi şəxsin evinə göndərib. Lakin poçt xidməti ödəniş ilə bağlı problem nəticəsində bağlamanı geri qaytarır. Paketi alan terrorçu içinə bomba qoyduğunu unudaraq onu açır. Nəticədə bomba partlayır və o özü ölür. Bu hadisə həmin vaxtlar ölkədə böyük gündəm olub.

8. Argentinanın Buenos-Ayres şəhərində kişi həyat yoldaşını öldürməyə cəhd edir. Bu məqsədlə əvvəlcə 23-cü mərtəbədən arvadını aşağı atır, sonra onun ölüb-ölmədiyini yoxlamaq üçün əyilərək baxmaq istəyir. Bu zaman kişi pəncərədən yıxılır və elə yerindəcə keçinir. İşin maraqlı tərəfi odur ki, onun həyat yoldaşı naqillərə ilişərək yerə düşmür və sağ qalır.

9. Dünyanın ən uzun saqqallı adamı kimi tanınan avstriyalı Hans Ştaynqer həvəslə uzatdığı saqqalının bir gün onun ölümünə səbəb olacağını ağlına belə gətirməmişdi. O, bir gün 1 metr 41 santimetr uzunluğundakı saqqalına ilişərək müvazinətini itirərək yerə yıxılır. Boynu qırılan Ştaynqer anında dünyasını dəyişir. / lent.az



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR