Filippinin Kavite bölgəsində hökumətin yerli nümayəndəsinin diqqətsizliyi ona baha başa gəlib.
Metbuat.az xəbər verir ki, dövlət nümayəndəsi onlayn toplantı zamanı kameranı bağlamağı unudub. Nəticədə onun köməkçisi ilə yaxınlıq etməsini toplantı iştirakçıları da izləyib. Nümayəndələrdən biri görüntüləri lentə alaraq internetdə paylaşıb. Bu hadisədən sonra köməkçisi ilə münasibət yaşayan dövlət işçisi vəzifəsindən uzaqlaşdırılıb.
Hadisədən sonra cütlük hələlik ictimaiyyət qarşısına çıxmayıb.