GUAM-a sədrlik Moldovaya keçəcək

2022-ci ildə GUAM təşkilatına sədrliyi Moldova edəcək.

Metbuat.az xəbər verir ki, bu barədə təşkilatın Milli Koordinatorlar Şurasının onlayn formatda keçirilən 57-ci toplantısında bildirilib.

Gürcüstanın xarici işlər nazirinin müavini Teymuraz Cancaliya ölkənin GUAM-a builki sədrliyi dövründə pandemiyaya baxmayaraq, əldə olunan nəticələr barədə məlumat təqdim edib. O, gələn il sədrliyi təhvil alacaq Moldovaya uğurlar arzulayıb.

Azərbaycanı toplantıda xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev təmsil edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR