Nərgiz Əliyevaya hücum edən şəxs DANIŞDI:

Aktrisa Nərgiz Əliyevaya hücum edən şəxs saxlanılıb.

DİN-in Mətbuat xidmətinin rəisi Ehsan Zahidov Metbuat.az-a bildirib ki, saxlanılan şəxs 1971-ci il təvəllüdlü, əvvəllər oğurluğa görə məhkum olunmuş Sedov Vadim Vyaçeslavoviçdir.

Artıq həmin şəxsin izahatı alınıb və onun əməli xırda xuliqanlıq kimi dəyərləndirilərək məhkəməyə müvafiq təqdimat göndərilib. V.Vyaçeslavoviç polisə izahatında N.Əliyevanın avtomobilinə pul almaq məqsədilə yaxınlaşdığını bildirib.

Qeyd edək ki, hadisə noyabrın 27-də saat 17:00 radələrində paytaxtın “Tarqovı” adlanan ərazisində baş verib. Aktrisanın sözlərinə görə, o, avtomobilində tıxacda olarkən naməlum şəxs tərəfindən hücuma məruz qalıb.

Həmin kadrları təqdim edirik:


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR