“Rusiya Ukraynaya hücum edərsə, bu, Rusiya üçün ağır nəticələrə səbəb olacaq”.

Metbuat.az xəbər verir ki, bu barədə Almaniyanın Xarici İşlər naziri Heyko Maas açıqlama verib. O bildirib ki, Ukraynaya müdaxiləyə görə, Moskva cavab verməli olacaq. Diplomatın sözlərinə görə, Riqada keçiriləcək NATO Xarici İşlər nazirlərinin toplantısı və Stokholomda keçiriləcək ATƏT-in toplantısı zamanı Ukrayna ilə bağlı məsələ müzakirə olunacaq.

Alman nazir bəyan edib ki, NATO-nun Ukraynaya dəstəyi davam edəcək.