İraqda İŞİD-ə qarşı yaranan ittifaq hücuma hazırlaşır

İraqda İŞİD-ə qarşı yaranan ittifaq hücuma hazırlaşır
06:11 30 May 2015
40 Digər
Ölkə mətbuatı
A- A+

İraq itirdiyi torpaqları geri almaq məqsədilə İŞİD-ə qarşı hücumlara başlayıb.

ANS PRESS-in məlumatına görə, yerli kürd və şiə yarı-hərbi dəstələr işğalçı radikal qrupa qarşı döyüşdə hökümət qüvvələrinə qoşulublar və koalisiya hava hücumları tərəfindən dəstəklənirlər. Ölkənin şimalında yerləşən hərbi bazadakı İraq qoşunları qurudan hücuma hazır vəziyyətdədirlər. Onların komandiri deyir ki, polis və yerli qəbilələrin yarı-hərbi dəstələr də döyüşdə iştirak edəcək.

“Biz hamımız birlikdə işləyirik. Biz bu döyüşdə iştirak edəcək peşmərgə qüvvələri, xalq səfərbərlik qüvvələri, eləcə də qəbilə qüvvələri ilə yüksək səviyyədə koordinasiya edirik. Müxtəlif departamentlərdən yerli və federal polislər, habelə İraq hava qüvvələrinin dəstəklədiyini İraq ordusunun şirləri də iştirak edəcək”.

Koalisiya tərəfindən həyata keçirilən hava hücumları qurudan hücumlara başlamadan öncə artıq İŞİD mövqelərini zəifləib.
.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=347775

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR