“Qara qızıl”ın qiyməti kəskin qalxdı

“Qara qızıl”ın qiyməti kəskin qalxdı
06:41 30 May 2015
230 Digər
Ölkə mətbuatı
A- A+

Neftin dünya bazarlarında qiymətində yenidən qalxma müşahidə olunub.

ANS PRESS-in məlumatına görə, Nyu-York və London birjasında neft fyuçerslərinin qiymətində bahalaşma qeydə alınıb.

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 2.62 dollar (4.54%) artaraq 60.30 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin qiyməti 2.98 dollar (4.76%) bahalaşaraq 65.56 dollar olub.

Qeyd edək ki, "LUKoyl" şirkətinin rəhbəri Vahid Ələkbərovun fikrincə, ortamüddətli perspektivdə neftin barelinin qiyməti 75 dollardan çox olacaq.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=347785

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR