“YAŞAT” Fondu daha 4 qazini Türkiyəyə müalicəyə göndərib

Ağır yaralanan daha 4 qazi “YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilib.

Fonddan Metbuat.az-a verilən məlumata görə, qazilər Aliyev Seymur Cavanşir oğlu, Həşimov Həşim Əzim oğlu, Həziyev Şəmşir Bəxtiyar oğlu və Cəfərli Əli Musa oğlunun müayinə, müalicə və reabilitasiya prosesi həkimlərin rəyi nəzərə alınaraq Türkiyədə davam etdiriləcək.

“YAŞAT” Fondu qazilərimizin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq. Fond tərəfindən həkim rəyi əsasında ağır yaralı olan qazilərimizin müalicə üçün xaricə davamlı şəkildə göndərilməsi təmin edilir.

Xatırladaq ki, Fond tərəfindən bu günə qədər 154 qazi müalicə üçün Türkiyəyə göndərilib. Onlardan 117-sinin müalicə proseduru artıq uğurla yekunlaşıb və Vətənə qayıdıblar. Qazilərin qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR