Gizlədilən sirr üzə çıxdı: Qiyamət günü hazırlığı başlanıldı -

Elm adamları Avstraliyanın Tasmaniya adasında “Yerin qara qutusu” adlı infrastrukturun tikintisinə başlayıblar. Bunun XXI əsrdə bəşəriyyətin başına gələnlər haqda məlumatları yox olduqdan sonra yenidən təkamül prosesi keçirəcək, Yer kürəsinə gələcək və ya salamat qala biləcək insanlara çatdırmaq məqsədi daşıdığı bildirilib.

Metbuat.az xəbər verir ki, Tasmaniya adasından gələn xəbər müzakirə mövzusuna çevrilib.

Elm adamları hazırda ciddi ölçülərə çatan yox olma təhlükəsi ilə bağlı “qara qutu”nun hazırlanmasına başlayıb. Bu qara qutunun inşası “Qiyamət üçün hazırlıq” adlanır.

Nəhəng polad monolit təyyarə qəzalarında faciənin səbəbləri barədə məlumat əldə etmək üçün istifadə edilən qara qutulardan ilham alınaraq hazırlanıb. Bu infrastruktur iqlim böhranının səbəb olacağı Apokalipsisdən sonra insanlara nə baş verdiyini və nəyin səhv getdiyini izah edəcək məlumatlara ev sahibliyi edəcək. Sözügedən monolit Günəş enerjisi ilə işləyən sərt disklərdən ibarət olacaq. Bu disklərin hər biri real vaxt rejimində elmi yeniliklər və dünyanın üzləşdiyi bəzi ən qaranlıq problemlərin təhlili ilə doldurulacaq.

Beləliklə, iqlim dəyişikliyi, növlərin yox olması, ekologiyanın çirklənməsi və bunların insanların səhhətinə təsirləri ilə bağlı bütün məlumatlar qeydə alınacaq. Layihə Tasmaniya Universitetinin tədqiqatçıları və özəl marketinq agentliyi “The Glue Society”-nin əməkdaşlığı ilə hazırlanır. / teleqraf.com


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR