Konfrans Liqası: Pley-offda “Qarabağ”ın rəqibi

Konfrans Liqasında pley-offun püşkü atılıb.

Metbuat.az xəbər verir ki, püşkÜn nəticələrinə görə, “Qarabağ” bu mərhələdə Fransanın "Marsel" klubu ilə qarşılaşacaq.

İlk oyun 2022-ci il fevralın 17-də səfərdə, cavab matçı isə fevralın 24-ü Bakıda keçiriləcək.

Ümumilikdə, siyahı belədir:

“Marsel” (Fransa) - “Qarabağ” (Azərbaycan)
PSV (Niderland) - “Makkabi” (Təl-Əviv, İsrail)
“Fənərbaxça” (Türkiyə) - “Slaviya” (Çexiya)
“Midtülland” (Danimarka) - PAOK (Yunanıstan)
“Lester” (İngiltərə) - “Randers” (Danimarka)
“Seltik” (Şotlandiya) - “Bodo Qlimt” (Norveç)
“Sparta” (Çexiya) - “Partizan” (Serbiya)
“Rapid” (Avstriya) - “Vitess” (Niderland)/“Tottenhem” (İngiltərə)

Resim


09:06

Bu gün Konfrans Liqasında pley-offun püşkü atılacaq.

Metbuat.az xəbər verir ki, tədbir Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

Belə ki, “Qarabağ”ın da rəqibi bəlli olacaq. Qrup qaliblərinin birbaşa 1/8 finala yüksəldiyi Konfrans Liqasında pley-offda 16 klub qüvvəsini sınayacaq.

Püşkatma öncəsi komandalar iki səbətə bölünüb. Qrupunda ikinci yeri tutanlar, o cümlədən “Qarabağ” səpələnmişlər sırasındadır.

Avropa Liqasından üçüncü yer sahibi kimi bura yuvarlananlar səpələnməmişlər səbətindədir. Pley-offun ilk matçları da səpələnməmişlərin meydanında baş tutacaq. Bu mərhələdə eyni ölkə təmsilçiləri bir-biri ilə görüşə bilməz.

Səpələnmişlər
“Bodo Qlimt” (Norveç)
“Makkabi” (Təl-Əviv, İsrail)
PAOK (Yunanıstan)
“Partizan” (Serbiya)
“Qarabağ” (Azərbaycan)
“Randers” (Danimarka)
“Slaviya” (Çexiya)
“Vitess” (Niderland)/“Tottenhem” (İngiltərə)

Səpələnməmişlər
“Seltik” (Şotlandiya)
“Fənərbaxça” (Türkiyə)
“Lester” (İngiltərə)
“Marsel” (Fransa)
“Midtülland” (Danimarka)
PSV (Niderland)
“Rapid” (Avstriya)
“Sparta” (Çexiya)

Qeyd edək ki, pley-offun ilk oyunları gələn il fevralın 17-də, cavab matçları 24-də keçiriləcək. 1/8 finalın püşkü fevralın 25-də atılacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR