Bakı-Sumqayıt yolunda QƏZA:

Bakı-Sumqayıt yolunda yol-nəqliyyat hadisəsi baş verib.

Metbuat.az-ın məlumatına görə, qəza bu gün səhər saatlarında Bakı-Sumqayıt yolu, Xırdalan qəbiristanlığının qarşısında qeydə alınıb. Bakı şəhəri istiqamətində hərəkətdə olan “Tofaş” və "Volkswagen Passat" markalı avtomobillər toqquşublar. Hadisə nəticəsində avtomobillərə ciddi ziyan dəyib.

Qeyd edək ki, qəza səbəbindən Bakı-Sumqayıt yolunda tıxac yaranıb.

Polis əməkdaşları hadisə yerinə cəlb olunub. Faktla bağlı araşdırma aparılır.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR