İşə getmək istəyən aktiv koronavirus xəstələri ictimai yerlərdə aşkar edilib

Abşeron rayonunda işə getmək üçün yaşayış yerlərini tərk edən koronavirus xəstələri ictimai yerlərdə aşkar edilərək saxlanılıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Metbuat.az-a verilən məlumata görə, Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən Novxanı və Saray qəsəbələrində keçirilən profilaktik tədbirlər zamanı aktiv koronavirus xəstələri ictimai yerdə aşkar edilərək saxlanılıb. Polis əməkdaşları "COVİD-19" virusuna yoluxaraq ev şəraitində müalicədə olmasına baxmayaraq yaşadıqları evi tərk etmiş İlqar Hacıyevlə Sənan Adıgözəlov işə getmək istərkən aşkar ediliblər. Həmin şəxslərlə izahedici söhbətlər aparılıb, tibbi prosedurlar gözlənilməklə onlar, yaşadıqları evə qaytarılıblar və bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.

İ.Hacıyev və S.Adıgözəlov barəsində Abşeron Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR