Azərbaycanda koronavirusun ən çox yayıldığı bölgələr AÇIQLANDI

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına yoluxma halları ilə bağlı yeni statistika açıqlanıb.

Metbuat.az xəbər verir ki, ölkədə virusa yoluxanların 49,9 %-i Bakının payına düşür.

Yoluxma göstəricisi Abşeronda 13,7 %, Aranda 13,6 %, Gəncə-Qazaxda 8,1 %, Şəki-Zaqatalada və Quba-Xaçmazda 3,8 %, Lənkəranda 2,6 %, Dağlıq Şirvanda 2,2 %, Yuxarı Qarabağda 1,7 %, Naxçıvan Muxtar Respublikasında 0,6 %-dir.

Ölkə xaricindən gələnlərdə yoluxma halı 0,4 % təşkil edir.

Bakıda da koronavirus infeksiyasının ən geniş yayıldığı ərazilər məlum olub. Paytaxt üzrə ən yüksək yoluxma yenidən Binəqədi rayonunda qeydə alınıb. Bakıda aşkarlanan yoluxma faktlarının 14,5 %-i bu rayonun payına düşür.

Sonrakı yerlərdə 13,5 %-lə Xətai, 11,8 %-lə Sabunçu, 11,7 % Yasamal, 8,5 %-lə Suraxanı, 7,8 %-lə Nərimanov, 7,6 %-lə Nəsimi və Xəzər, 7,1 %-lə Nizami, 4,9 %-lə Səbail, 4,4 %-lə Qaradağ, 0,5 %-lə isə Pirallahı qərarlaşıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

Loading...

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR