Deputatın çıxışı spikeri əsəbiləşdirdi:

Parlamentdə Milli Məclisin bu gün keçirilən iclasında deputat Sabir Rüstəmxanlı ölkədə işsizliklə bağlı çıxış edib.

Metbuat.az Modern.az-a isitnadən xəbər verir ki, deputat ölkədə işsizliyin baş alıb getdiyini vurğulayıb:

"Rayonlarda iş yerləri yoxdu deyə insanlar Bakıya axışır. Burada biz qanunları gurultulu şəkildə qəbul edirik. Amma faktiki olaraq işsizlik var ölkədə. Bundan əlavə, qanunda özünəməşğul ifadəsi işlədilir. Bu adam nə işlə məşğul olur ki, özünə məşğul sayılır? Bu terminlərə fikir vermək lazımdır".

Deputatın fikirlərinə Milli Məclisin Sədri Sahibə Qafarova əsəbi reaksiya verib.

Sahibə Qafarova deyib ki, parlamentdə heç bir qanun gurultulu qəbul edilmir:


"Hər bir deputat öz fikrini ifadə edə bilir. Siz elə dediniz ki, elə bir hər yer dağılıb. Necə yəni ortada bir şey yoxdur? Ölkədə bu qədər işlər görülür. Bu boyda işlərdən sonra demək olarmı ki, heç nə yoxdur. Mən indiyə kimi özümə icazə verməmişəm ki, kiminsə sözünü təhrif edim. Buna mənim tərbiyəm də imkan verməz. Nə eşitdimsə, ona da reaksiya verdim.
Bura heç kim elə-belə yığışmayıb. Hamısı seçilmiş insanlardır. Xahiş edirəm sözlərinizə sərhəd qoyun".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR