"Kasıb müğənni yoxdur, musiqiçilərimin hərəsinin iki avtomobili, yenitikilidə evləri var" -

"Deməzdim ki, ən bahalı kişi sənətçilərindənəm. Bizim o qədər varlı sənətçilərimiz var ki... Azərbaycanda kasıb bir müğənni, sənətçi yoxdur. Maşallah olsun, hər kəsin yetəri qədər evləri, maşınları var. Efiri açanda isə görürk ki deyirlər iş yoxdur, ağlayır".

Metbuat.az xəbər verir ki, bu sözləri "MTV Azərbaycan" telekanalında yayımlanan "Üzə-düz" verilişinə qonaq olan müğənni Xəyyam Nisanov deyib. Müğənni verilişdə bir çox məqamlara aydınlıq gətirib. O, kasıb müğənninin olmadığını bildirib:

"Kimsə əgər fikirləşirsə, xarici markalı avtomobilini digər xarici avtomobilə dəyişmək problemdir və bu kasıbçılıqdır, mən bunu belə hesab etmirəm. Mənim musqiçilərimin hərəsinin 1 yox 2 avtomobili var. Yeni tikilmiş binada mənzilləri var. 20 ildir bu işin içindəyəm, hamını gözəl bilirəm. Təəccüblənirəm ona görə ki, hansı ki, tanınmış ifaçı çıxıb deyir ki, çörək tapa bilmirəm. Yəqin ki, illər ərzində planlarını düzgün qura bilməyiblər. 60 yaşa çatıb, deyir ki, heç nəyim yoxdur. Dünyaca məşhur ulduzlar nə qədər vergi verirlər, bundan xəbəri olan var? Onlar gərlirlərinin 50%-ni vergiyə verirlər. Mən 2008-ci ildən vergi ödəyicisiyəm”.

İfaçı 12 yaşında olarkən atasını itirdiyini bildirib:

“12 yaşımda atamı itirmişəm, demək olar atasız böyümüşəm. Anam mənə qürurlu, güclü olmağı, başımı uca tutmağı öyrədib. Tamaşaçılar məni güclü görürsə, bunun da səbəbkarı anamdır. Illərlə bərkidim. Atam dostu ilə Qubaya yas yerinə gedirdi, qəzada dünyada dəyişib. O hadisədən bir neçə ay öncə biz bir ay Amerikaya getdik ailəlikcə, ordanda Türkiyəyə qayıdıb istirahət etdik. Sən demə, bu bizim son birgə istirahətimiz imiş. Yaxşı yadımdadır ki, atamın qəzaya düşməsi 1-ci gün baş vermişdi. Bazar günü gəldi, işdən dedim ki, biz sabah dərsə gedəcəyik. Dedi ki, təəssüf ki, yox. Mənim pul qabım var idi ora hər gün pul atırdı. Həmin gün 10 qat çox pul atdı. Dedim ki niyə bu qədər çox? Anam da dedi ki, neynir o qədər pulu, uşaqdır. Atam dedi ki, qoy olsun, o ona lazım olacaq. Bu heç vaxt mənim yadımdan çıxmaz. Onunla qucaqlaşıb yatmağa getdim, gecə saat 1 idi təxminən. Səhər 9-da evdən çıxdı. 11-də Qubaya çatanda belə bir xəbər aldıq. Ayda 2-3 dəfə onun məzarını ziyarət edirəm. Həyatımda olan bütün hadisələri onunla bölüşürəm. Yeganə insandır ki, onunla virtual olaraq danışıram. Inanıram ki, o mənim səsimi eşidir. Üstümdə olduğunu bilirəm. Çünki insan rəhmətə gedir o an ki, nə zaman onun xatirəsi itir. 26-27 ildir mən 1 gün də hiss etməmişəm ki, o yanımda yoxdur. Əminəm ki, o mənim uğurlarıma sevinir”.

Xəyyam Nisanov ailəsindən, onlarla olan münasibətindən də danışıb:

“Mən çox kanservativ insanam. Nəinki həyat yoldaşım, anam, bacılarıma qarşı da eləyəm. Qız övladlarım olandan sonra daha da kanservativ olmağa başladım. Onların üzərində daha da böyük məsuliyyətim var. Qızlarıma qarşı ciddi olacam, qadağalarım mütləq ki, olacaq. Yəqin ki, ona hazır olacaqlar. Gülür. Həyat yoldaşıma da deyirəm ki, sən güclü olmalısan. Qadın özünə güvənməlidir. Maşallah ali savadlı qızdır. Xanımımla aramızda 13 yaş fərq var. Yaşın heç bir fərqi yoxdur. Əsas odur ki, bir-birimizi başa düşək. Güzəştə gedək. 5 il ərzində aramızda heç bir mübahisə olmayıb . Qısqanclıq olması çox normaldır. Özümü evdə ulduz kimi deyil, həyat yoldaşı kimi aparıram. Həyat yoldaşımın zövqü mənə çox önəmlidir, onun rəyi ilə məsləhətşirəm tez-tez”.

Kərim Zeynalov / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR