Türkiyə hökuməti ifşa olundu VİDEO

Türkiyə hökuməti ifşa olundu VİDEO
08:31 30 May 2015
63 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyənin müxalifətyönümlü “Cümhuriyyət” qəzeti hökumətə məxsus yük avtomobillərinin Suriyada üsyançılara silah-sursat daşımasını əks etdirən videogörüntülər yayımlayıb. Məlumata görə, videogörüntülər 2014-cü ilin yanvar ayında çəkilib. Silahlar tibbi ləvazimatla yüklü avtomobillərdə qutulara yerləşdirilib. Türkiyə polisi avtomobillərdə aparılan axtarışlar zamanı çoxlu sayda artilleriya və minaatan mərmiləri, avtomat silah güllələri aşkarlayıblar.

Daha sonra həmin ilin may ayında axtarış əməliyyatının bütün iştirakçıları - 40-a yaxın polis əməkdaşı və prokurorlar həbs olunmuş, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan əməliyyatları ölkəyə xəyanət və casusluq adlandırmışdı.

Ankara əməliyyatların hökumətə qarşı çıxan din alimi Fətullah Gülənin tərəfdarları tərəfindən icra olunduğunu bildirib.

Məlumata görə, yük avtomobilləri kəşfiyyat bölməsi tərəfindən idarə olunub. Silahlar isə, Suriya prezidenti Bəşər Əsədə qarşı döyüşən üsyançılara çatdırılmalı imiş.

Türkiyədə parlament seçkilərinə bir həftə qalmış belə bir görüntünün ortaya çıxması rəsmi Ankaraya qarşı utancverici fakt hesab olunur.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=347784

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR