Bakı Şəhəri üzrə Təhsil İdarəsi 189-190 tam orta məktəbin direktorunun müəllimlərdən pul yığılması ilə bağlı səs yazısına münasibət bildirib.

Metbuat.az xəbər verir ki, bu barədə idarənin müdiri Mehriban Vəliyeva jurnalistlərə açıqlamasında danışıb. O bildirib ki, araşdırmaların aparıldığını deyib.

Qeyd edək ki, məktəbin direktoru Ceyran Quliyeva müəllimlərin votsap qrupunda pul yığılması ilə bağlı səs yazısı yayılıb. O, səs yazısında müəllimlərdən bütün siniflərdən pul yığmağı tələb edib.