Nazir regional idarələrin yaradılmasından

“Regional idarələrin yaradılması rayon və şəhər təhsil şöbələrinin ləğv edilməsi demək deyil”.

Metbuat.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev brifinqdə bildirib.

O qeyd edib ki, hər rayonda təhsili idarə edən qurumlar olacaq. Regional idarələr həm vətəndaş müraciətlərinə vaxtında baxılması, həm də yerli məsələlərin həllinə müsbət təsir edəcək.

Nazir həmçinin qeyd edib ki, rayon təhsil şöbəsində çalışan işçilər işsiz qalmayacaq:

"Əgər həmin şöbələrində dövlət qulluğunda daimi müqavilə ilə çalışırdılarsa onlar yeni strukturda işlə təmin olunacaqlar. Yerli idarəetmə strukturunda və ya idarənin özündə təyinat məsələsinə baxılacaq".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)