“Fənərbağça” 9 nəfərlə bacarmadı

Dekabrın 22-də futbol üzrə Türkiyə çempionatının XVIII turu çərçivəsində keçirilən qarşılaşmada “Fatih Karagümrük" doğma meydanda “Fənərbağça”nı qəbul edib.

Metbuat.az xəbər verir ki, gərgin keçən görüşdə hesabı 31-ci dəqiqədə meydan sahiblərinin hücumçusu Aleksandar Pesic açıb.

Matçın 39-cu dəqiqəsində "Fatih Karagümrük"ün iki futbolçusu cərimə meydançasında etdiyi kobudluğa görə meydandan qovulublar. "Fənərbağca"nın yarımmüdafiəçisi Mesut Özül onbirmetrlik cərimə zərbəsini dəqiq yerinə yetirib.

Oyun elə bu hesabla bitib - 1:1.

Günün digər matçlarında "Qaziantep" öz meydanında "Alanyaspor"u 2:1 hesabı ilə üstələyib. "Konyaspor" səfərdə "Hatayspor"ı 3:1 hesabı ilə məğlub edib. "Sivasspor" - "Rizəspor"a görüşündə isə qalib müəyyənləşməyib - 1:1.

Hazırda Türkiyə Superliqasının turnir cədvəlinə 45 xalla "Trabzonspor" başçılıq edir. Ondan 9 xal geri qalan "Konyaspor" ikinci, sonuncudan dörd xal geri qalan "Başakşəhər" isə üçüncü pillələrdə qərarlaşıblar.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR