"Sosial şəbəkələrdən mən çox uzaq insanam. Demək olar ki, ümumiyyətlə, istifadə etmirəm".
Metbuat.az xəbər verir ki, bunu "Qarabağ" futbol klubunun baş məşqçisi Qurban Qubanov APA tv-yə müsahibəsində deyib.
"Bəzən məlumatı daha çox başqalarından eşidirəm. Ümumiyyətlə, həm tərif, həm mənə qarşı yazılan yazıları oxumağı xoşlamıram. Niyə? Tərif məndə istər- istəməz arxayınlıq yaradır. Mənə qarşı olan əks yazıları da oxumaq da istəmir ki, öz azərbaycanlılarıma qarşı hər hansı bir inamsızlıq yaranmasın. Ona görə bu yazılanlardan uzaq olmaq istəyirəm. İstər- istəməz bunları yazan hamını tanıyırıq, üz-üzə gəlirsən. Bilmədiyim halda o insanla necə varamsa, elə də görüşürəm. Bildiyim halda isə nə qədər özünü yığışdırsan da görürsən ki, qarşındakı insan sənin üzündəki narazılığı hiss edir. Buna görə uzaq olmaq istəyirəm ki, mən hamıya eyni gözlə baxım, hamıya eyni yanaşım".