İnsanların böyütdüyü şimpanzeni digər meymunlarla eyni qəfəsə qoydular:

Keniyada anası tərəfindən tərk edildiyinə görə, zoopark işçiləri tərəfindən böyüdülən şimpanze digər meymunlarla qəfəsə qoyulub.

Metbuat.az xəbər verir ki, lakin qəfəsdə gözlənilməz hadisə baş verib. Şimpanze digər meymunlar tərəfindən döyülərək öldürülüb. Bildirilir ki, şimpanze İranda anası tərəfindən tərk edildiyinə görə, tək qalmaması üçün Keniyaya aparılıb. Burada zoopark işçiləri tərəfindən böyüdülüb və ardınca digər meymunlarla uyğunlaşması üçün qəfəsə qoyulub. Zoopark işçiləri şimpanzeni digər meymunlarla uyğunlaşdırmaq üçün mərhələli şəkildə qəfəsə yerləşdirib.

Bu aylarla davam edib. Lakin şimpanze nəzarətsiz qalan kimi digər heyvanların hücumuna məruz qalıb. Bunun səbəbi araşdırılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR